“Növbəti ABŞ-KXDR sammitinin vaxtı və yeri barədə razılaşma yoxdur”.

Bakıxəbər.az xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Prezidenti Donald Tramp Hanoydakı ikinci sammitdən sonra keçirilən mətbuat konfransında bildirib.

“Xeyr. Nə olacağını görəcəyik. Söz verməmişəm”, – o deyib.

Daha əvvəl Donald Tramp və Kim Çen Inın Hanoyda ikinci sammitin yekunu üzrə razılığa gələ bilmədikləri xəbər verilib.

Birinci ABŞ-KXDR sammiti ötən ilin iyun ayında keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur.