ABŞ Prezidenti Donald Tramp ölkənin Avropadakı qoşunlarının komandanlığında dəyişikliklər etməyə hazırlaşır.

Bakıxəbər.az xəbər verir ki, bu iddia ilə “Uol Strit Jurnal” çıxış edib.

Məlumata görə, Tramp ABŞ Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Komandanlığına general-leytenant Riçard Klarkı təyin etmək niyyətindədir. Bu isə 70 mindən çox xüsusi təyinatlı, həmçinin “yaşıl beretli”lər və “Delta” qrupunun generalın sərəncamına verilməsi deməkdir.

Bundan əlavə nəşr Ağ Evdə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələri Komandanlığına general Tod Uolterin, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığına isə general-leytenant Kennet Makkenzinin namizədliyinin irəli sürüldüyünü yazıb.