Tovuz rayonunda həmyerlisini bıçaqlayan şəxs saxlanılıb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, Tovuz rayon Kirən kənd sakini Elnur İsayevin 2002-ci il təvəllüdlü Nurlan İbrahimov tərəfindən bıçaqlandığı müəyyən edilib və saxlanılaraq Tovuz rayon Polis Şöbəsinə aparılıb.

Qeyd edək ki, 2 bıçaq xəsarəti alan E.İsayev xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma davam edir.