Tovuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bakıxəbər.az-ın məlumatına görə, hadisə Əyyublu kəndində, şərti olaraq “Köhnə yol” adlanan ərazidə qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində bir ailənin üzvləri – 1970-ci il təvəllüdlü Sultan Nağıyev, onun həyat yoldaşı, 1980-ci il təvəllüdlü Rəna Nağıyeva, habelə onların 2 və 4 yaşlı övladları xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

 

Şölə Beylaqanlı