Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə iyunun 11-də saat 17 radələrində baş verib.

Tovuzun Qovlar şəhəri ərazisində Əyyublu kənd sakini N.Abbasov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən Yanıqlı kənd sakini Vəfa Əsgərovanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.