Tovuz rayonunda elektrik cərəyanı yerli sakini vurub.

Bakıxəbər.az-ın məlumatına görə, hadisə Qovlar şəhərində qeydə alınıb.

Elektrik işi görən 1948-ci il təvəllüdlü Sabir Ələkbərov ehtiyatsızlığa yol verib. Bu zaman elektrik cərəyanı onu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Şövkət Hüseyinova