Tokionun mərkəzi küçələrində avtomatlaşdırılmış idarəetmə sisteminə malik taksilər işə başlayıb. Bu taksilərin iki həftə ərzində sınaq məqsədilə xidmət göstərəcəyi bildirilir.

Bakıxəbər.az-ın məlumatına görə, yeni nəqliyyyat vasitəsi Yaponiyanın “ZMP” şirkəti ilə taksi xidmətləri sahəsində tanınmış “Hinomaru kotsu” şirkətinin birgə layihəsidir.

Bu taksilərin gün ərzində dörd dəfə 5 kilometr məsafəni qət edərək Tokio vağzalının yaxınlığındakı ofis bunasından Ropponqi ərazisində yerləşən kommersiya göydələninə doğru və geriyə hərəkət etməsi nəzərdə tutulur.

Avtomobildə, hər ehtimala görə, sürücü də var. Buna baxmayaraq, yolun əksər hissəsi avtomatik rejimdə qət edilir. Bu taksilər döngələri və yol dəyişmələrini sərbəst şəkildə həyata keçirir.