Ehtiyac yaranacağı təqdirdə Mingəçevir Su Elektrik Stansiyasına zərbə endirəcəyik.

Bakıxəbər.az xəbər verir ki, bunu Xankəndidə jurnalistlərə açıqlamasında Qarabağın silahlı terrorçularının rəhbəri Levon Mnatsakanyan deyib. Onun sözlərinə görə, Mingəçevir SES erməni ordusunun əsas hədəfləri sırasında yer alıb:

“Hərb sənəti bu cür ərazilərə və hərbi obyektlərə zərbə endirilməsini tələb edir. Bu, düşmən ordusunu təminat imkanlarından məhrum edəcək, iqtisadiyyata zərbə vuracaq. Bu obyekt bizim planlarımıza daxildir”.