“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Bakıxəbər.az-a verilən məlumata görə,Gəncə Lokomotiv Deposunun əməkdaşları arasından 16 maşinist seçilib və ixtisasartırma təliminə cəlb olunub.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin insan resursları
siyasəti çərçivəsində teplovoz maşinistləri üçün ixtisasartırma təliminə start
verilib.
Gəncə Lokomotiv Deposunda teplovoz maşinisti ixtisası üzrə 16
vakansiyanın mövcudluğu və həmin peşə üzrə əmək bazarında namizəd
qıtlığı nəzərə alınaraq boş yerlərin daxili imkanlar hesabına
komplektləşdirilməsi barədə qərar verilib. Beləliklə, Gəncə Lokomotiv
Deposunun əməkdaşları arasından 16 maşinist seçilib və ixtisasartırma
təliminə cəlb olunub
İxtisasartırma təlimi 3 ay müddətində davam edəcək. Nəzəri və praktiki
hissələrdən ibarət olan təlim proqramı əməkdaşların bilik və bacarıqlarının
hərtərəfli təkmilləşdirilməsinə xidmət edəcək.