Hamımıza məlumdur ki, 2021-ci il yanvarın 11-də Moskvada Rusiya Prezidenti
Vladimir Putin,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və
Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilmişdir.
Görüşün məqsədi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın
reallaşdırılmasının gedişini müzakirə etmək,regionda mövcud problemlərin aradan
qaldırılması və dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları
müəyyənləşdirmək idi.
Bildiyimiz kimi ,Azərbaycanın tarixi zəfəri və Ermənistanın kapitilyasiyasından
sonra bu görüş üç ölkə liderinin ilk birbaşa danışıqları idi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz Aliliyini bir daha
nümayiş etdirərək ,humanizm prinsiplərinə sadiq qalaraq ,Rusiyanın tərəfdaşlıq və
mehriban qonşuluq jestlərini qiymətləndirərək görüşdə iştiraka razılıq verdi.
Rusiya tərəfi öz növbəsində üçtərəfli sazişin müddəalarına əməl etdiyinə görə
Azərbaycan tərəfinə minnətdarlığını ifadə etmişdir.
Bu görüşün yekunu olaraq bölgədəki vəziyyətin inkişafına dair birgə bəyanat
imzalanmışdır.
Diqqətinizi ona yönəltmək istərdim ki, bu bəyanat bütövlükdə regionda
iqtisadi,ticarət və nəqliyyat əlaqələrinin bərpasına xidmət edəcək və bunun üçün
işlək mexanizmi özündə təcəssüm etdirir.
Belə ki,hər üç ölkənin Baş nazirinin müavinləri səviyyəsində birgə işçı qrupu
yaradılır ki,bu İşçi Qrupuna bu ilin martın 1-nə kimi avtomobil,dəmiryolu xətlərinin
açılması və müxtəlif iqtisadi layihələrin icrası ilə bağlı konkret təkliflər hazırlayıb
təqdim etmək tapşırılır.Bu isə o deməkdir ki,11 yanvar bəyanatı noyabrın 10 –da
imzalanmış üçtərəfli sazişin 9-cu maddəsinin icrasını həyata keçirmək üçün
konkret mexanizm və vaxt çərçivəsi irəli sürür və bu çox əhəmiyyət kəsb edən bir
nəticədir.
Dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən təyin olunacaq ekspert
altqrupları bir ay ərzində layihələri ,eləcə də onların icrası üçün lazımi resurs və
tədbirlərin siyahılarını təqdim edəcəklər.
Bu yeni imzalanan bəyanatdan da görünür ki,görüş Azərbaycanın maraqları
çərçivəsindən kənara cıxmamışdır.

Azərbaycan hərb meydanında olduğu kimi diplomatik arenada da öz mövqeyini
həmişəki kimi qoruyub saxlayır və haqq savaşında əldə olunan qalibiyyəti
güzəştə getmək fikrində olmadığını bir daha açıq- aydın vurğuladı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi
kimi,bundan sonra regionun davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün
bu görüş cox vacib idi.
Həmçinin qeyd etmək yerinə düşərdi ki,qonşu ölkələr də regionda nəqliyyat
dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına
fəal qoşulacaqlar.
Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur.Şərtləri Azərbaycan tərəfi diktə
edir.Ortaq bəyanatın mətni də bunu təsdiqləyir.Bakının şərtləri qəbul edilməsəydi
üçtərəfli əməkdaşlıq formatı olmayacaqdı.
Azərbaycan tərəfinin görüşdən əvvəl irəli sürdüyü və yeni bəyanatla təsbit
olunmuş tələbləri regional sabitliyi və təhlükəsizliyi möhkəmləndirməyə xidmət
edir.
Bu, faktiki olaraq “Mehri dəhlizi”-Naxçıvana,daha sonra Türkiyəyə dəmir yolunun
açılması üzrə işlərin başlanması deməkdir.
Açılacaq kommunikasiya xətləri “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi
olacaqdır.
Bu isə ölkəmizin geoiqtisadi baxımdan güclənməsi deməkdir.
Ermənistan tərəfi və onun tərəfdaşları,erməni lobbisi həmişə olduğu kimi bu dəfə
də danışıqlar prosesini pozmağa cəhd etdilər.Lakin bu cəhdlər heç bir səmərə
vermədi.
Azərbaycan Moskva danışıqlarında da nəinki üstünlük qazandı,hətta danışıqların
məcrasını öz istədiyi istiqamətə yönəltdi.
Paşinyanın iddiaları fonunda Moskva görüşünü Ermənistan üçün növbəti fiasko
hesab etmək olar.
Bizi bir daha qürüurlandıran Ali Baş Komandan cənab İlham Əliyev danışıqların
gedişində və mətbuat konfransı zamanı Azərbaycan Respublikasının Prezidenti
olaraq özünü qalib dövlətin rəhbəri kimi aparır, qalibiyyət mesajları verirdi.

Paşinyan isə öz məğlub ampulasında bir daha bütün dünyanın gözü qarşısında
gərgin psixoloji vəziyyətdə idi.
Bu isə bütün dünyaya mesaj idi ki,Qarabağ problemi hərbi yolla həllini
tapdıqdan sonra artıq rollar dəyişib .Ermənistan necə deyərlər ,öz quyusunu özü
qazdı. Tarix bir daha təkrarlanaraq sübut etdi ki,
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!

Nəsimi rayon sakini,hüquqşünas
Çingiz Dadaşov.