Beynəlxalq Ordu Oyunları – 2018 yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək üçün Azərbaycan tankçıları Moskva şəhərinə yola düşüb.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Rusiyanın Alabino hərbi poliqonunda üç mərhələdə keçiriləcək “Tank biatlonu” müsabiqəsində 31 ölkədən komanda iştirak edəcək.

Müsabiqə iyulun 28-dən avqustun 11-dək keçiriləcək.