Əfqanıstanın Tahar vilayətində “Taliban” qruplaşması silahlılarının hərbi hissəyə hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 20 əməkdaşı ölüb.

Bakıxəbər.az xəbər verir ki, məlumatı “Sabah” yayıb.

Hadisənin təfərrüatı barədə məlumat verilməyib.

Qeyd edək, iyulun 25-də səhər saatlarında intiharçı-kamikadze Əfqanıstanın Mədən Nazirliyi işçilərini daşıyan avtobusa hücum edib. O, motoskletlə avtobusa yaxınlaşaraq özünü partladıb. Hücum nəticəsində 7 nəfər ölüb, 10 nəfər isə yaralanıb.