Meksikada təyyarə qəzası baş verib.

Bakıxəbər.az TASS-a istinadən xəbər verir ki, bu barədə “El Debate”qəzeti öz saytında məlumat yayıb.

Bildirilir ki, hadisə ölkənin şimal-qərbində, Sinaloa ştatının paytaxtı Kulyakanedə qeydə alınıb. Yüngül mühərrikli təyyarə yaşayış evinin üstünə düşüb. Qəza zamanı təyyarədə olan 4 nəfərhəlak olub, daha 2 nəfər xəsarət alıb.

Əraziyə xilasedicilər, yanğınsöndürənlər və polis əməkdaşları gəlib. Qəzanın başvermə səbəbi hələ açıqlanmır.