Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Balaxanı qəsəbəsi ərazisində yerləşən “Təmiz Şəhər” ASC-nin ərazisindən 1 ədəd pnevmatik tapança, 1 ədəd patron darağı, 1 ədəd alışqansız “F-1” qumbarası və 55 ədəd patron tapılaraq götürülüb.

DİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Sabirabad rayonunun Əliləmbəyli kənd sakini A.Mirzəyev və Balahəşimxanlı kənd sakini R.Əliyev 2 ədəd “İJ” markalı ov tüfəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil veriblər.

Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Füzuli rayon sakinləri olan 5 nəfərdən “TOZ”, “İJ” və “MR” markalı 5 ədəd ov tüfəngi götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.