Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə qalib gəlmiş K.Ağayev adına Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin həyata keçirdiyi “Bərabər və Məsuliyyətli cəmiyyət üçün inklüziv təhsil” layihəsi çərçivəsində təlimlər keçirilir.

Təlimçi və ekspərtlər pedoqoji heyətə və şagirdlərə inklüziv təhsillə bağlı lazımlı bilikləri ötürürlər. Layihənin məqsədi – Sağlamlıq imkanları məhdud uşaqlara zəruri bilik, bacarıq və vərdişlər aşılmaqla onların K. Ağayev adına Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-liseyində təhsil almasına şərait yaradaraq cəmiyyətə inteqrasiyasına təmin etmək üçün pedaqoji heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi

Layihə çərçivəsində pedoqoji heyətin bilik və bacarıqlarını artırmaq üçün 70 nəfərə təlim keçirilir. Layihənin məqsədlərinə nail olmaq üçün, aşağıdakı vəzifələri yerinə yetiriləcəkdir:

> təhsil müəssisələrinin və tədris proqramlarının sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğunlaşdırılması üçün tədbirlərin görülməsi

> sağlamlıq imkanları məhdud şəxslərin təhsilinin təşkili ilə bağlı pedaqoji kadrların hazırlanması və ya əlavə təhsilə cəlb olunması;

> sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması və sosial inteqrasiyasının vacibliyi barədə aidiyyəti dövlət qurumları ilə birlikdə təbliğat və ictimai maarifləndirmə işinin aparılması

> inklüziv (inteqrativ) təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud şəxslər üzrə məlumat bazasının yaradılması;

Layihə 22 iyun 2018 – 22 oktyabr 2018 tarixlərində icra olunacaqdır

Layihənin müəllifi: Biləsuvar rayonu K. Ağayev adına Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-lisey
Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"