Bu yaz hər tərəfdən Qarabağın,30 il həsrətlə sahiblərini gözləyən doğma torpaqlarımızın ətri  gəlir.Bu yaz hər tərəfdən burum-burum Vətən ətri gəlir.Üçrəngli məğrur bayrağımız Kiçik Qafqazın şah zirvələrində dalğalanır.Bu təntənədən vəcdə gələn ruzigar Odlar yurduna,bütöv Azərbaycana Qarabağın bayram salamlarını yetirir…

Belə bir vaxtda ,məhz Novruz bayramı ərəfəsində,mart ayının 15 –də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev,Birinci vitse-prezident Mehriban xanım Əliyeva və qızları Leyla Əliyeva Qarabağa səfər etmişlər.

Bu səfər zamanı cənab Prezident yolboyu ermənilərin vandalizmini bütün dünyaya göstərərək qeyd edirdi ki,ərazilərimizdə işğalçılar tərəfindən törədilmiş əməllərin tək bir adı var-vəhşilik.Bu gün də Ermənistanı müdafiə edən xarici dairələr gözlərini açıb onların vəhşiliyini görsünlər.30 il torpaqlarımızı işğal altında saxlayan mənfur düşmən bir daşı daş üstündə qoymayıb.İşğaldan azad edilmiş ərazilər rəsmi İrəvanın vandalizm siyasətinin sübutudur.Cənab Prezident dönə-dönə vurğulayır ki,azad edilmiş torpaqlarımızda olarkən ,bu dağıntıları görərkən bir daha görürük ki,mənfur düşmən bizim yaşayış məntəqələrimizi yerlə yeksan etmişdir,bizim tarixi irsimizi silmək istəmişdir.Məhz işğal dövründə mənfur düşmən bizim şəhərlərimizi bu hala salıb.

Amma artıq biz bərpa-quruculuq işləriniə start vermişik.İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələr fasiləsiz icra olunur.

15mart 2021-ci ildə Füzuli-Hadrut avtomobil yolunun təməlqoyma mərasimində cənab Prezident qeyd etmişdir ki,bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır.Bu birinci layihə deyil.Artıq bir neçə yol layihəsi icra edilməkdədir.Azad edilmiş torpaqların bərpası başlanmışdır.Füzulidən Şuşaya yol çəkilir.Eyni zamanda Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir.Horadizdən Zəngilana qədər yol çəkiləcək.İnşa ediləcək və uzunluğu 13km olan Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu 4 hərəkət zolaqlı olacaq.Yolboyunca avtomobil körpüləri inşa ediləcək.Bir sözlə müharibədən 4 ay keçməsinə baxmayaraq böyük quruculuq işləri başlamışdır.

Həmçinin Azıx mağarasını ziyarət edən cənab Prezident qeyd etmişdir ki,Azıx mağarası böyük əhəmiyyətə malik olan tarixi abidədir.Prezidentimiz vurğulamışdır ki, Azıx mağarasını azərbaycanlı alim ,arxeoloq Məmmədəli Hüseynov 1960-cı ildə aşkar etmişdir və ondan sonra burada tədqiqatlar aparılmıçdır.Bu,dünyanın ən qədim insanlarının yaşayış yerlərindən biridir.Azərbaycan tarixinə məxsusdur.Bizim tarixi sərvətimizdir.Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır,xaricdən qanunsuz olaraq alimlər gətirmişdir.Onlar bu mağaraya,bizim tarixi irsimizə böyük zaiyan vurmuşlar.

Cənab Prezident bu səfərində də dini məbədləri ziyarət etmiş ,Hünərli kəndindəki Alban məbədində olmuşdur.Ermənilərin bu kilsəni erməniləşdirmək istəyindən danışarkən qeyd etmişdir ki,burada erməni dilində yazılar yazmışlar,ancaq buna nail ola bilməmişlər.

Cənab Prezident xüsusi vurğulamışdır ki, Azərbaycanda bütün dinlərə və inanclara hörmətlə yanaşılır.Azərbaycanın müxtəlif yerlərində xristian abidələri qorunur.İşğal edilmiş ərazilərdə dağıdılmış bütün abidələr bərpa olunacaq.Azad edilmiş torpaqlarda 67 məscid var idi,cəmi 2-si qalıb,yandırılmış.Özü də onlardan müxtəlif məqsədlər üçün istifadə ediblər,orada heyvan saxlayıblar.

Bu heç də təsadüfi deyil.Tarixi abidələrin saxtalaşdırılması rəsmi İrəvanın dövlət siyasətidir.

Artıq bütün bunlar geridə qaldı. Düz 30 illik həsrətdən,qubardan ,nisgildən sonra Qarabağımızın üzü güldü,başındakı duman avazıdı,çən-çiskini dağıldı.Bayram-bayrama qarışdı.

Bu yaz Ali Baş Komandan düşmən caynağından azad edilən Vətən torpaqlarına müzəffər sərkərdə kimi qədəm qoyur.

Ali Baş Komandan Şuşaya səfər edərək Cıdır düzündən,Qarabağ xanlığı dövründən yerli əhalinin Novruz bayramıni keçirdiyi ərazidən  bayram tonqalını alovlandıraraq bir daha bəyan etdi ki,Şuşa da,Qarabağ da azaddır.Bu torpaqların sahibləri qayıdıblar,əllərində silah,əllərində bayraq,ürəklərində Vətən sevgisi: “Vətən sevgisi bizi Qələbəyə gətirdi.Vətən sevgisi ,vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi.”

                                                     Çingiz Dadaşov ,hüquqşünas ,Nəsimi  rayon sakini.