Suriyadakı vəziyyətin nizamlanması üzrə Türkiyə, Rusiya, Almaniya və Fransa liderlərinin sammiti İstanbulda oktyabr ayının ikinci yarısında keçirilə bilər.

Bakıxəbər.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya səfərinin yekununda bildirib.

“Qeyri-adi heç bir şey olmasa, bu ay dördtərəfli İstanbul sammiti keçirməyə ümid edirik. Fransa Prezidenti Emmanuel Makronla danışmışam, o, bu fikrə müsbət yanaşdı. Almaniya kansleri Angela Merkel də müsbət yanaşır, amma o, görüşün oktyabrın 14-də baş tutacaq Bavariyadakı yerli seçkilərdən sonra keçirilməsini istəyir”, – R.T.Ərdoğan deyib.

Türkiyə Prezidenti qeyd edib ki, hazırda sammitin dəqiq tarixi müəyyənləşdirilməyib: “İşi davam etdiririk və bu görüşün təşkilinə böyük diqqətlə yanaşırıq. Sammit Suriya məsələsinin həlli yolunda ciddi addım olacaq”.