Sumqayıt şəhərində İnşaatçılar qəsəbəsində zavod ərazisində təkər tullantıları yanır.

Fövqəladə Hallar Nazirliyindən (FHN) “Report”a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.