Sumqayıt şəhərində gənc oğlan özünü yaşadığı evdə asıb.

Bakıxəbər.az məlumatına görə, şəhər sakini, 1997-ci il təvəllüdlü Murad İlqar oğlu Qədiməliyev yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib.

Onun meyiti muayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.