Bildiyimiz kimi fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Abşeron rayonunda
bir sıra sosial obyektlərin ,Yasamal rayonunda yeni salınan meşə tipli parkın

açılışında iştirak etmişlər.

İşinin bu qədər gərgin vaxtında xalqın sosial inkişafını bir an olsun belə nəzərdən
qaçırmayan cənab Prezident həmişə olduğu kimi verdyi vədlərə sadiq qalaraq bir
daha sübut edir ki,istənilən çağırış və təsirlərə baxmayaraq regional inkişaf
strategiyası ardıcıl həyata keçirilməkdədir.
Cənab Prezident və Birinci vitse-prezident Mehriban xanım Əliyeva paytaxtın
Yasamal rayonu ərazisində yeni salınan meşə tipli parkın açılışında istirak edərək
orada yaradılan şəraitlə tanış olmuşlar.
Dövlətimizin başçısının tapşırığı əsasında Yasamal rayonu ərazisində salınan yeni
parkın ümumi sahəsi 4 hektardır.Diqqətinizi bir məqama yönəltmək
istəyirəm.Vaxtilə bu ərazi bəzi adamlar tərəfindən qanunsuz zəbt
olunmuşdu.Məhz cənab Prezidentin müdaxiləsindən sonra bu proses dayandırıldı
və torpaqlar dövlət fonduna qaytarıldı.Necə deyərlər xalqın malı xalqa
qaytarıldı.Belə ki, bu parkda ətraf ərazilərdə yaşayan sakinlərin istirahəti üçün də
hər cür şərait yaradılmışdır.Yeni park həm də şəhərin sosial-ekoloji vəziyyətinin
yaxşılaşması baxımından əhəmiyyətlidir.
Xalqa yüksək səviyyəli tibbi xidmət göstərilməsi cənab Prezidentin həmişə diqqət
mərkəzində olmuşdur. Bu baxımdan Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni
inşa edilən binasının açılışında dövlətimizin başçısı cənab İlham Əliyevin və birinci
xanım Mehriban Əliyevanın bilavasitə iştirak etməsi və xəstəxanada yaradılan
şəraitlə tanış olması bunun bariz nümunəsidir.Azərbaycan Respublikasının
Prezidentinin müvafiq sərəncamı ilə tikilən 150 çarpayılıq tibb müəssisəsi
dünyanın aparıcı şirkətlərinin ən zəruri avadanlıqları ilə təchiz olunmuşdur.
Elə həmin gün cənab Prezident və xanımı Abşeron rayonunun Xırdalan şəhərində
3 saylı texniki – təbiət fənləri təmayüllü məktəb-liseydə yaradılan şəraitlə tanış
olmuşlar. Dövlət başçımızın sərəncamı ilə yeni tikilən korpus müasir tələblərə
cavab verməklə yanaşı həm də Abşeron rayonunda şagird sıxlığının aradan
qaldırılmasına xidmət edəcəkdir.

Abşeron rayonunda “Xırdalan”yarımstansiyalarının açılışında da iştirak edən
cənab prezident bir daha sübut edtdi ki, “xalqın lideri” olmaq hər siyasətçiyə
nəsib olmur.
İstər xarici ,istərsə daxili siyasətdə uğur qazanan cənab Prezident bu gün də
sosialyönümlü islahatları uğurla həyata keçirməkdə davam edir. Nəzərə alsaq
ki,pandemiya şəraitində bu cür uğurlu nəticələr əldə olunur, bu siyasətin nə qədər
düzgün istiqamətdə aparıldığının şahidi olarıq.
Biz isə bir vətəndaş olaraq öz növbəmizdə cənab Prezidenti dəstəkləyir və bu
yolda daim onunla birgə addımlamağımıza söz veririk.
“Demokratik İnkişafın Təşviqi “ İ B sədri ,
hüquqşünas Çingiz Dadaşov .