Bəzi istifadəçilər Facebook hesabını bağlamaq və bir daha aktiv olmamasını istəyir.Bunun üçün istifadəçilər hesablarını dondurmaq əvəzinə tamamilə silmə əməliyyatını yerinə yetirməlidir.

Bakıxəbər.az bu dəfə Facebook-da hesabını birdəfəlik  silməyin yolunu təqdim edir.

Facebook hesabınızı silməmişdən əvvəl, hesabınızdakı proqramları da silməlisiniz. Buna görə “Facebook proqram tənzimləmələri”nə daxil olmalısınız.

Daha sonra bu bölmədə yerləşən bütün proqramları silirsiniz. Çünki Facebook hesabı silinəndən sonra 2 həftə ərzində heç bir bildiriş gəlməməlidir.

Proqramları sildikdən sonra “Hesabı sil” bölməsinə daxil olaraq şifrənizi və təhlükəsizlik kodunu daxil etməlisiniz. Bu əməliyyatı yerinə yetirdikdən sonra 2 həftə hesabınıa daxil olmamalısınız. Əgər daxil olsanız,  yenidən hesabınızı silmək üçün 2 həftə gözləməli olacaqsınız.

 Şölə Beyləqanlı