Azərbaycan Respublikası Tarif (qiymət) Şurası bu gün ölkədə təbii qaza tətbiq edilən limitə yenidən baxıb.

Bakıxəbər.az-ın məlumatına görə, bu gün sözügedən məsələ ilə bağlı keçirilən iclasda çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, Tarif Şurası tərəfindən təbii qaza olan limitə yenidən baxılaraq, mayın 1-dən 2 200 kubmetr həcmində müəyyən edilib.

Xatırladaq ki, Tarif Şurasının qərarına uyğun olaraq, 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1 700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1 700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanırdı.