Şirvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıxəbər.az xəbər verir ki, hadisə şəhərin Y.Çəmənzəminli küçəsində qeydə alınıb.

Belə ki, 1954-cü il təvəllüdlü Məmmədov Alim Canbala oğlu mağazadan çıxarkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ və sol baldır sümüklərinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

 Şölə Beyləqanlı (Ş Hüseyinova)