Malayziya məhkəməsi aprelin 1-də Şimali Koreyanın lideri Kim Çen Inın böyük qardaşı Kim Çen Namın qətlində təqsirli bilinən Vyetnam vətəndaşı Doan Txi Xınonqu 3 il 4 ay müddətinə azadlıqdan məhrum edib.

Bakıxəbər.az xəbər verir ki, məlumatı TASS yayıb.

Qeyd edək ki, 2017-ci il fevralın 13-də Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərindəki beynəlxalq hava limanında Kim Çen Nam öldürülüb. Mart ayında isə onun ölümündə şübhəli bilinən İndoneziya vətəndaşı, 26 yaşlı Siti Aysia məhkəmə zalından azad edilmişdi.