İranın cənub-şərq hissəsində, Pakistanla sərhəd yaxınlığında yerləşən Mircave bölgəsindən qaçırılan 14 iranlı hərbçinin 5-i sərbəst buraxılıb.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İranın İnqilab Keşikçiləri Qvardiyasının komandanı general Məhəmmədəli Cəfəribildirib.

Onun sözlərinə görə, girovluqdan buraxılan hərbçilərin təhlükəsizliyi Pakistan dövləti tərəfindən qorunur.

Qeyd edək ki, oktyabrın 16-da Pakistanla sərhəd yaxınlığında silahlılar 14 iranlı hərbçini qaçırıblar.