Bakıxəbər.az “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinə  istinadən xəbər verirki,Sığırlı stansiyasında xəsarətlə nəticələnən hadisə baş verib.

Bu gün saat 10:30 radələrində Sığırlı stansiyasında xəsarətlə nəticələnən hadisə baş verib.
Yük qatarı stansiyanın tək yolunda hərəkət edən zaman 367-ci kilometrlikdə dəmir yolu xəttini keçmək istəyən şəxsi vurub. Belə ki, maşinist dərhal səs siqnalları verərək tormozlama aparıb. Lakin hadisənin qarşısını almaq mümkün olmayıb. Elektrovoz Sığırlı kənd sakini, eşitmə qüsurlu Mirzə Talıb oğlu Şəmiyevi vurub. Xəsarət alan şəxs
Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır.