ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsində dekabrın 13-də Birləşmiş Ştatların Azərbaycan və Ermənistandakı səfirləri vəzifəsinə namizədlərlə bağlı səsvermə keçiriləcək.

Bakıxəbər.az-ın xəbərinə görə, məlumatı komitənin rəsmi saytı yayıb.

Senatorlar Örl Litzenberger ABŞ-ın Azərbaycana və Linn Treysinin isə Ermənistana səfiri vəzifəsinə namizədliklərinə münasibət bildirəcəklər.

Beynəlxalq Əlaqələr Komitəsi Ö.Litzenbergerin və L.Treysinin namizədliyini təsdiqləyərsə, son dinləmələr Senatda keçiriləcək.

Qeyd edək ki, Amerika Erməni Milli Komitəsi ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd Ö.Litzenbergerlə bağlı səsvermənin təxirə salındığını iddia edirdi.

Xatırladaq ki,ABŞ-ın Azərbaycandakı səfiri olmuş Robert Sekutanın diplomatik missiyası bu ilin mart ayında başa çatıb.

Ö.Litsenberger əvvəllər Almaniya Marşal Fondunda baş elmi işçi, ABŞ-ın NATO-dakı missiyası rəhbərinin müavini, NATO-nun Əfqanıstan üzrə ali mülki nümayəndəsinin müavini, ABŞ-ın Serbiyadakı və Qırğız Resbublikastandakı səfirinin müavini vəzifələrində çalışıb. Ö.Litsenberger hazırda ABŞ Dövlət Departamentinin Hərbi-Siyasi Məsələlər Bürosunda baş müşavirdir.

E.Litzenberger fransız, rus, serb və bolqar dillərini bilir.

Linn Treysi peşəkar diplomatdır. O, Rusiya və keçmiş SRRİ üzrə mütəxəssisdir. Hazırda ABŞ Dövlət Departamentinin Rusiya işlər üzrə baş müşavir vəzifəsində işləyir. Bundasn əvvəl Linn Treysi ABŞ-ın Moksva, Aşqabad və Astanadakı səfirinin müavini, Mərkəzi Asiya üzrə dövlət katibi köməkçisinin birinci müavini olub. O, Pakistanın Peşavar şəhərindəki ABŞ-ın konsulluğunda xidmətdə olub. Rus dilini bilir. Dövlət Departamentinin “İgidliyə görə” mükafatına layiq görülüb.