“Ermənistan-Gürcüstan sərhədində demarkasiyanı həyata keçirməyin vaxtı çatıb”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili martın 13-də Yerevanda erməni həmkarı Armen Sarkisyanla keçirdiyi mətbuat konfransında bildirib.

“Dost qonşu dövlətlər arasında bu prosesi uzatmağın mənası yoxdur. Biz qərara gəldik ki, xarici işlər naziri işlədiyim vaxt əldə etdiyimiz razılığı həyata keçirmək lazımdır”, – deyə o vurğulayıb.

S.Zurabişvili qeyd edib ki, müqavilənin baza normativləri artıq razılaşdırılıb.