Sabirabad rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosuxəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Qarağac kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Salyan rayonunun Arbatan kənd sakini, 1980-ci iltəvəllüdlü Səmədov Anar Yusif oğlu idarəetdyi “Lada Priora” avtomobili ilə hərəkətdə olarkən anidən idarəetməni itirib, nəticədə avtomobil yolun kənarına aşıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşirilib. Faktla bağlı araşdırma aparılır.