Sabirabadda güllələnmə hadisəsi baş verib.

Bakıxəbər.az-ın Aran bürosunun məlumatına görə, rayonun Ulacalı kənd sakini Zəka Nəsirov ov zamanı qohumu Aqil Nəsirovu ehtiyatsızlıqdan güllə ilə vurub. Nəticədə A.Nəsirov aldığı güllə yarasından hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şövkət Hüseyinova