Bakı şəhər sakini Nərgiz Səfərova əmlakının qanunsuz yolla ələ keçirildiyini iddia edir.

Bu barədə “Report”a məlumat verən şikayətçi bildirib ki, ona qarşı qanunsuzluq edən Əliyev Faiq Xudu oğlu deputat Sabir Rüstəmxanlının qardaşıdır:

“Faiq məni qardaşının deputat olması, əlinin hər yerə çatmasını bildirərək, təhdid etməyə başladı. Dedi ki, ağlın vardı, etibarnamə verməyəydin. Heç bir hüquq-mühafizə, heç bir məhkəmə mənə heç nə edə bilməz”.

Tərəflər arasında hazırda məhkəmə müstəvisində mübahisələndirilən əmlak birgə mülkiyyətdə olub:

“Mən tənha qadınam. Nə ailəm, nə də övladlarım var. Bacımın övladlarının himayəsindəyəm. Bundan istifadə edən Xırdalan şəhəri, Abşeron rayon sakini Əliyev Faiq Xudu oğlu sənədləşmə aparmaq adı ilə paylı mülkiyyətimizdə olan Bakı şəhəri, Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsi, 14 ünvanında yerləşən ümumi sahəsi 49,8 kv.m. olan qeyri-yaşayış sahəsinin mənə düşən hissəsini (16.6 kv.m) yaşlı və xəstə olmağımdan istifadə etməklə öz həyat yoldaşı Yusubova Şəmsiyə Səfdər qızının adına baş etibarnamə almış, üzərindən bir neçə gün keçdikdən sonra həyat yoldaşı ilə öz arasında formal alqı-satqı müqaviləsi bağlamaqla özgəninkiləşdirib”.

 Şölə Beyləqanlı (Hüseyinova)