29 sentyabr 2020-ci ildə Vətənin çağırışı ilə cəbhəyə yola düşən Saatlı rayonunun Çolpu kənd sakini Bayramov Cəlal Yaqub oğlu torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda döyüşlərdə qəhrəmanlıqla iştirak etmişdir.

Sonuncu dəfə oktyabrın 27-də Laçında ikən ailəsi ilə əlaqə saxlamışdır. Ailəsinin iki aydan bəri xəbər ala bilmədiyi igidimiz bu gün doğma kəndinə şəhid kimi dönmüşdür. Rayon ictimaiyyəti, qazilərimiz şəhidimizi adına layiq izdihamla son mənzilə yola salmışdır.

Saatlıdan millət vəkili Əziz Ələkbərli şəhidimizin dəfnində iştirak etmiş, şəhidimizin doğmalarına baş sağlığı vermişdir.