“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Bakıxəbər.az-a verilən məlumata görə,Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik ləğv olunur.

Çoxsaylı müraciətləri nəzərə alaraq, Bakı-Sumqayıt-Bakı elektrik
qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik ləğv olunur. Beləliklə də,
Sumqayıtdan saat 19:35-də yola düşən Sumqayıt-Pirşağı-Bakı və Bakıdan
saat 20:30-da yola düşən Bakı-Pirşağı-Sumqayıt  elektrik qatarlarının
hərəkət qrafiki olduğu kimi saxlanılır.