“Azərbaycan Dəmir Yolları” QSC  sərnişinlərin diqqətinə çatdırır ki, sabahdan
tibbi maskadan istifadə etməyənlər Bakı Dəmir yol vağzalı, eləcə də digər
stansiyaların ərazisinə və elektrik qatarlarına buraxılmayacaqlar. Sərnişinlərin bu
qaydaya əməl edib-etməmələrinə nəzarəti Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş
Polis İdarəsinin tabeliyində olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin
əməkdaşları yerinə yetirəcək. Sərnişinlərimizdən özlərinin və başqalarının
sağlamlıqlarına biganə yanaşmamaları, tibbi maskalardan istifadə etmələri xahiş
olunur.