Şəmkir şəhərində 29 yaşlı kişi həyat yoldaşının boğazını kəsərək qətlə yetirib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Posanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Nailə Allahyar qızı Məmmədova ailədaxili münaqişə zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Mübariz Bayram oğlu Məmmədov tərəfindən qətlə yetirilib.

Məlumata görə, qadının boğazı bıçaqla kəsilib. Onun meyiti tibbi ekspertizaya aparılıb.

Hadisəni törədən şəxs isə saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


***11:40

Şəmkir şəhərində qətl törədilib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Posanlı qəsəbəsində qeydə alınıb.

Həmin qəsəbədə qadının (ad və soyad dəqiqləşdirilir-red) boğazı kəsilərək qətlə yetirilib. İlkin məlumat görə, hadisəni onun əri törədib.

Faktla bağlı araşdırma aparılır.