Şəmkir rayon sakini qayınanasını baltalayıb.

Bakıxəbər.az məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin qəsəbənin sakini Akifə Eyyubova mübahisə zəminində kürəkəni tərəfindən balta ilə başından vurulub. Yaralı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.