Şəki rayonunda yol qəzası baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Şəki-Qax avtomobil yolunun rayonun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Tural Əhməd oğlu Səmədovun idarə etdiyi 55-BA-050 dövlət qeydiyyatı nişanlı “Mersedes” markalı avtomobil idarəetmədən çıxaraq qarşıdan gələn 55-BO-086 dövlət qeydiyyatı nişanlı “VAZ-21099” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində sürücü də daxil olmaqla 2 nəfər xəsarət alıb. Onlar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıların vəziyyəti kafi olaraq qiymətləndirilir.

Qəzanın kəskin duman və yolun sürüşkən olması səbəbindən baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.