“Gələn il Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daha əlverişli ab-havanın yaradılacağına dair ehtiyatlı nikbinlik duyuram”.

Bakıxəbər.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında gələn il münaqişənin həlli perspektivləri ilə bağlı danışarkən deyib.

Səfir xatırladıb ki, bunun üçün əsaslar bu il də – Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşlərinin keçirilməsi ilə qoyulub.

“Bu yaxınlarda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bununla bağlı qiymətləndirməsini eşitmişəm və bilirəm ki, yanvar ayına növbəti görüş planlaşdırılıb. Rusiya bu tendensiyanı alqışlayır və ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, bu cür görüşləri dəstəkləməyə davam edəcək”, – M.Boçarnikov söyləyib.