“Azərbaycanla Pakistan arasındakı münasibətlər bütün istiqamətlər üzrə intensiv inkişaf edir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.

“Bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. İslam Əməkdaşlıq Təşkilatında və BMT çərçivəsindəki birgə fəaliyyətimiz buna nümunə ola bilər. Pakistanda baş verən heç bir siyasi dəyişiklik. o cümlədən yaxınlarda keçirilmiş parlament seçkilərinin nəticələri Azərbaycanla əlaqələrimizə təsir göstərə bilməz”, – səfir bildirib.

Diplomat qeyd edib ki, gələn il Bakı və İslamabad arasında birbaşa reyslər açıla bilər: “Bu, həm yaxın əlaqələrimiz, həm də Pakistandan Azərbaycana gələn turist axınının artması ilə əlaqədardır. Artıq Pakistanın bəzi aviaşirkətləri bu təşəbbüsə maraq göstərirlər”.