Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən saat 10:21 dəqiqədə söndürülüb.

Bu barədə “Report”a nazirlikdən məlumat verilib.


*** 08:54

Bakı. 26 fevral. REPORT.AZ/ Bakı şəhəri, Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində yanğın başlayıb.

Hadisə şahidlərinin “Report”a verdiyi məlumata görə, yanğın bazarın “Təsərrüfat bazarı” hissəsindəki anbarda qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.