Gürcü dizayner Demna Qvasaliya tərəfindən yaradılan “Brend Vetemens” şirkətinin hazırladığı uzunboğaz çəkmə dizaynı ruslar tərəfindən birmənalı qarşılanmayıb.

Bakıxəbər.az xəbər verir ki, çəkmənin üzərinə Rusiya Federasiyasının xarici pasportunun üz qabığının rəsmi həkk olunub.

Belə ki, hündürdaban çəkmə üzərində Rusiyanın gerbi və pasportun xüsusi simvolu qeyd edilib.

Qeyd edək ki, şirkətin İnstaqram səhifəsində paylaşılan foto bəzi rusiyalı istifadəçilərin qəzəbinə, bir qisminin isə sevincinə səbəb olub.