Rusiyanın Cənub Hərbi Dairəsinin (CHD) əsas qüvvələri 8 ümumqoşun poliqonunda, o cümlədən Ermənistan, Abxaziya və Cənubi Osetiyada keçirilən genişmiqyaslı ikitərəfli komanda-qərargah təlimlərinə (KGT) cəlb edilib.

Bu barədə Bakıxəbər.az “Kommersant”a istinadən xəbər verir.

CHD-nin məlumatında bu bənzərsiz təlimlərdə müasir hərbi əməliyyatların bütün yeni, o cümlədən Suriyada əldə olunmuş forma və usullarının tətbiq olunacağı bildirilir.

CHD qoşunlarının komandanı, general-polkovnik Aleksandr Dvornikov bu KGT-nin son 30 ildə dairənin ən genişmiqyaslı təlimləri olacağını söyləyib.