Aleksey Navalnının təşkilatçılığı ilə Rusiyanın müxtəlif şəhərlərində etiraz aksiyaları start götürüb.

Navalnının tərəfdarları Novosibirsk, Biysk, Çita və Maykop şəhərlərində də aksiyaya başlayıb.

Rusiyanın Krasnoyarsk şəhərində həbs edilənlərin sayı 50-yə çatıb. Navalnının qərargahı ümumilikdə aksiyalarda həbs edilənlərin sayının 100 nəfəri keçdiyini bildirib. Həbslər Krasnoyarsk, Kemerova, Çelyanbinsk, Yakutsk və Barnaulda baş verib.

Rusiyanın Perm, Kazan, Ufa və Omsk şəhərlərində də aksiyalar başlayıb.

Krasnoyarsk şəhərində isə Navalnının qərargahının əməkdaşı Danil Markelov həbs edilib. O, polis bölməsində şiddətə məruz qalıb. Polis onun telefonunu sındırıb və aktivisti təhdid edib