“Avropa İnsan Haqları Məhkəməsində Türkiyəyə qarşı iddia qaldıran Ermənistan Türkiyəni münaqişənin tərəfinə çevirmək istəyir”.

Bakıxəbər.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu rəsmi elmi-analitik jurnal olan “Avropa İnsan Haqları Məhkəməsi Bülleteni”nin baş redaktoru Yuri Berestnev deyib.

Baş redaktorunun fikrincə, Türkiyəni münaqişə tərəfinə çevirmək cəhdlərinin məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etməkdir.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Təşkilatı 1992-ci ildə əsası Daşkənd paktı ilə qoyulmuş hərbi ittifaqdır. Bu ittifaqa Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir.

Şövkət Hüseyinova