Rusiyada fərdi yaşayış evində baş verən yanğın bir neçə nəfərin ölümü ilə nəticələnib.

Bakıxəbər.az “TASS”a istinadən xəbər verir ki, hadisə Orenburq vilayətində qeydə alınıb.

Belə ki, 120 kv.m sahəsi olan fərdi yaşayış evi yanmağa başlayıb. Hadisə yerinə 9 yanğınsöndürən avtomobil və 20 nəfər canlı qüvvə cəlb edilib.

Yanğın yerinin kəşfiyyatı zamanı üç nəfərin meyiti aşkar edilib. Ölənlərdən ikisi qadındır.

Hazırda yanğının baş vermə səbəbi ilə bağlı araşdırma aparılır.

Şövkət Hüseyinova