Rusiyanın Moskva vilayətinin Kotelniki şəhərində Türkiyə şirkətinin 25 əməkdaşı qida zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, ilkin versiyaya görə, kütləvi zəhərlənmənin səbəbi sifarişlə gətirilmiş yemək olub.

Kotelniki şəhər administrasiyasından bildiriblər ki, Türkiyə şirkətində çalışan tikinti şəhərciyinin zəhərlənən işçiləri təmir işləri apardıqları metronun “Molodyojnaya” stansiyasında sifarişlə gətirilmə yeməklə qidalanıb. Məlumata görə, dünən gecə onların halı pisləşib və təxminən, gecə saat 12 radələrində təcili yardım çağırıblar, onların hamısı xəstəxanaya yerləşdirilib. Zəhərlənmə nəticəsində bir işçi ölüb.

Qeyd edilir ki, zərərçəkən işçilər Özbəkistan və Tacikistan vətəndaşlarıdır.