Rusiyanın Krasnoyarsk diyarının Norilsk şəhərində qar uçqunu olub, qarın altında beş nəfərin qaldığı ehtimal edilir.
Bakıxəbər.az xəbər verir ki, bu barədə TASS-a fövqəladə xidmətlərdəki mənbə bildirib.
“Norilsk ətrafında qar uçqunu oldu, ilkin məlumata görə, qarın altında ikisi uşaq olmaqla, beş nəfər qalıb”, – mənbə agentliyə bildirib.
Şölə Beyləqanlı