Rusiyaya məxsus “L-39” tipli hərbi təlim təyyarəsinin Azov dənizində qəzaya uğradığı ərazidə axtarış tədbirləri davam etdirilir.

Bakıxəbər.az RİA “Novosti”yə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin İnformasiya və kütləvi komunikasiya departamentinin məlumatına görə, hələlik pilotları tapmaq mümkün olmayıb.

Ötən gün Krasnodar diyarı üzərində təlim uçuşu zamanı dənizə düşən təyyarənin qəzaya uğraması ilkin ehtimallara görə, texniki nasazlıqla bağlıdır.