Rusiyada Neftçala Avtomobil Zavodunda istehsal olunan “Khazar” avtomobillərinin nümayişi keçirilib.

“Report”un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, nümayiş “Moskva avtomobil salonu – 2018” tədbiri çərçivəsində baş tutub.

Moskvada “Khazar – SD (baza) və LD (lüks)” versiyaları təqdim olunub. Şirkət nümayəndələrinin sözlərinə görə, onlar bu maşınların MDB məkanında geniş satışına nail olmaq niyyətindədirlər.

Qeyd edək ki, “Khazar” avtomobilləri Neftçala Avtomobil Zavodunda İranın “İran Khodro” şirkəti ilə müştərək olaraq istehsal olunur.