Rusiya ilə ABŞ prezidentləri Vladimir Putinvə Donald Tramp arasında görüşün G20 zirvə görüşü zamanı keçiriləcəyi barədə razılıq mövcuddur.

Bakıxəbər.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

O, bu xəbərin həm Moskvada, həm də Vaşinqtonda açıq şəkildə təsdiqləndiyini diqqətə çatdırıb.

Xatırladaq ki, G20 zirvə görüşü 30 noyabr – 1 dekabr tarixlərində Buenos-Ayresdə keçiriləcək.